Azərbaycanın özəl telekanallarından biri
- Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası 13 may 1998-ci ildə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət
qeydiyyatına alınıb, 25 dekabr 2000-ci ildə xəbər verilişi ilə
informasiya proqramlarının yayımına başlamışdır.
"Azad Azərbaycan" Müstəqil Teleradio
Kompaniyasına "ATV", "ATV PLUS" kabel televiziyası, ATV CİNEMA,
ATV VİVACE, ATV.az saytı, 106.3 fm və 106 fm radio kanalları
daxildir. Hazırda "Azad Azərbaycan" Müstəqil Teleradio
Kompaniyasında yayımlanan verilişlər ictimai-siyasi və yaradıcılıq
departamentlərinin məhsullarıdır. İctimai-siyasi departamentə daxil
olan proqramlar: “ATV Xəbər”, “Həftə sonu” analitik proqramı, “ATV
İdman”, "İqtisadi zona", "Made in Azerbaijan", “ATV səhər”, "Həyat",
"İsti İzlər" kriminal verilişidir. Yaradıcılıq departamentinə daxil
olan proqramlar: “Bizimləsən”, “Zaurla Günaydın”, “V element”, “İş
həmişə var”, Çox gəzən bilər”, ”Mətbəx işi”, “10-dan sonra”, “5
Gəlin”, “Zarafat-zarafat”, “Nanəli”, “Bir axşam”, ”İlqarla bir gün”,
“ATV maqazin onlarla”, “Azərbaycanın səsi Bala”, “Kişi klubu”,
“İdeya qazandı”, “Geriyə baxanda”, “ATV kulis”, “Məlahətli
söhbətlər”, “Zərif qəhrəman”, “Kim kimdir?”, “Qadına görə”, “Ana&Bala”,
“10 yaş cavanlaş”, “Dəcəl balam”, “Həkimsən”
verilişləridir. Televizyanın Gürcüstan və Almaniyada 2 xarici bürosu,
həmçinin ölkə daxilində Gəncə, Qarabağ, Tovuz, Şəki, Göyçay, Quba,
Şirvan, Lənkəran üzrə bölgə müxbirləri fəaliyyət göstərir.
CANLI YAYIM (прямой онлайн эфир на
официальном сайте
канала):
www.atv.az
Əlaqə
Ünvan: AZ1100, Bakı ş., Yasamal r-nu, A.M.
Şərifzadə küç. 10
Tel: (994 12) 4974621
Faks: (994 12) 4105265
E-mail: info@atv.az |